Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən ləziz yemək? - Gürcü xaçapurisi 

Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub

AZƏRTAC xəbər verir ki, TasteAtlas internet portalı “Dünyanın ləziz yeməkləri” interaktiv xəritəsini tərtib edib.

Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. “Dünyanın ləziz yeməkləri” xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən “suluquni” və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında “motsarella” və “feta” milli pendir növlərindən də istifadə edilir.

Xaçapurinin bir neçə növü var. Ən məşhur İmereti bölgəsinin adı ilə bağlı olan “İmereti xaçapurisi” və Acarıstan bölgəsi ilə əlaqəli olan “Acariya xaçapurisi”dir.

“İmereti xaçapurisi” dairəvi şəkildə olur, pendir və yağdan ibarətdir.

“Acariya xaçapurisi” isə üstü açıq, qayıq formasında olur, pendir və yağdan hazırlanır. Yeməyin üstündə, ortada çiy yumurta olur.

“Dünyanın ləziz yeməkləri” siyahısında ikinci yerə Balkanların yeməyi “çevapçiçi” milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların “suşi”si layiq görülüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Ən çox oxunanalar